e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İşə gəbul Əmri

"İşə gəbul Əmri" bir nüsxədə tərtib edilir. Əmrdə işə götürülən işçinin vəzifəsi, əmək haqqısı, əmək müqaviləsinin tarixi və nömrəsi qeyd edilir.

Əmr əsasında işçinin əmək kitabçasında işə gəbul ilə bağlı qeyd edilir.

Əmr müəssisənin rəhbəri tərəfindən imzalanır. İşçi əmr ilə tanış olmalı və tanış olması ilə bağlı onun üzərində imzasını qoymalıdır.

AR Əmək Məcəlləsinin 81-ci maddəsinə əsasən

Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi
  1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
  2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Beləliklə, işçi ilə "Əmək müqaviləsi" bağlanmadan "İşə gəbul Əmri" tərtib edilməməlidir.

İşçinin işə gəbul əmri aşağıdakı kimi tərtib edilə bilər:

Qayalı MMC

İşçinin işə gəbul edilməsi haqqında

ƏMR N____

Bakı ş. __.__.20__

Əliyev Məhəmməd Salam oğlu "__" "______" 20___-ci il tarixindən sınaq müddəti 3 ay olmaqla mühasib vəzifəsinə təyin olunsun. Əmək haqqı ştat cədvəli ilə müəyyən edilsin.

Əsas: Məmmədli M.M. ilə __.__.20__-ci il tarixli, müəssisə ilə bağlanmış ___ saylı əmək müqaviləsi və ərizəsi.

Müəssisənin rəhbəri: ___________ imza ___________ SAA

Əmr ilə tanış oldum ___________ imza ___________ tarix Əliyev M.S.

İşçinin işə gəbul əmrini buradan yükləyə bilərsiniz.

Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddələr: 81

Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2019

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.